Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu

100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu

3-12-2018, 12:10
Автор: ilkin
Просмотров: 4
Комментариев: 0
Версия для печати
100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reporter.az-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85000 manat pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılması barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli, əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunan Bakı şəhər sakini Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) masddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR