Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » 35 kq narkotik dövriyyədən çıxarılıb

35 kq narkotik dövriyyədən çıxarılıb

21-02-2018, 13:20
Автор: ilkin
Просмотров: 105
Комментариев: 0
Версия для печати
35  kq narkotik dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu barədə Reporter.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.n Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.

Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR