Baku

Cəmiyyət & Diplomatiya

Henri Kissincerdən əsl diplomatiya nə olduğunun yəhudi sayağı heyrətamiz izahı

Bir dəfə Henri Kissincerdən soruşurlar:
- Diplomatiya nədir?
- Ooo, bu universal yəhudi metodudur, icazə verin misal üzərində izah edim. Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:
- Yahudi qızla evlənmək istəyirsən?
- Nəyimə lazımdır, kəndimizdə qız doludur.
- Yox, o qiz milliarder qızıdır!
- A, onda bu hər şeyi dəyişir - mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm və deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
- Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?
- Amma, o Rokfellerin kürəkənidir!
- Onda bu hər şeyi dəyişir. Gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.
- Bizim ailədə hamı maliyyəçidir, Sibirdən olanı neynirəm ki...
- Elə o da İsveçrə bankının prezidentidir.
- Hə, onda bu vəziyyəti deyişir... Və qızını çağıdır:
- Qızım, sənə maliyyəçi ər tapmışıq.
Qız isə:
- Maliyyəçilər hamısı cılız və zəif olurlar! İstəmirəm!
- Yox qızım, bu Sibirdəndir, çox möhkəmdir.
Və qız razılaşır. Bax bu sırf diplomatiyadır.