Baku

Təhlükəsizlik

Alyaska üzərində Çin casus şarından sonra amerikalılar prezidentin əmri ilə UFO-nu vurdular

Keçən cümə günü Pentaqon Alyaska səmasında daha bir naməlum obyektin vurulduğunu açıqladı və əməliyyat əmrinin şəxsən prezident Co Bayden tərəfindən verildiyi söylənildi. Bu, Çin şarının vurulmasından bir həftə keçməmiş baş verib. Tapılan hissələrdən onun casus missiyası məqsədilə göndərildiyini öyrənmək mümkün olub.

Alyaska üzərində heç bir formada şara bənzəməyən bir obyekt vurulmuşdur. Ağ Evin sözçüsü Con Kirbinin bəyan etdiyi kimi, prezident bu obyektin yerdəki insanlar və hava nəqliyyatı üçün təhlükə yarada biləcəyi üçün göstəriş vermişdir.

Bununla belə, “New York Times” qəzetinin yazdığına görə, Amerika hakimiyyəti hələ də F-22 qırıcısının dəqiq nəyin vurduğunu bilmir. Hələlik Pentaqondan heç bir rəsmi açıqlama və ya fərziyyə ilə çıxış etməyib.

Bir neçə gün ərzində amerikanın hərbi gəmiləri öz müasir radarları vasitəsilə çox yüksək hündürlükdən böyük sürətlə enən mistik obyektləri müşahidə edirmiş. Nəməlum obyektlərin üzərinə iki qırıcı F-22 göndərilmişdir, lakin onlar UFO-lara yetişə bilməmişdilər.

Tezliklə dəniz aviasiyasının dörd ekipajı səmada inanılmaz manevrlər edən qanadsız qəribə cisimləri görmüşdür, hansılar ki uçuş istiqamətini tez-tez dəyişdirirmişlər. Belə manevrlər ekspertləri bu obyektlərin “bizim dünyadan deyillər” qənaətinə gətirmişdir.