Baku

Müharibə

ABŞ vitse-prezidenti Kamala Harris: Rusiya Ukraynada bəşəriyyətə qarşı cinayət törədib

ABŞ vitse-prezidenti Kamala Harris bildirib ki, ABŞ Rusiyanın Ukraynada insanlığa qarşı cinayət törətdiyini “rəsmi olaraq müəyyən edib”.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən xanım Harris Rusiyanı işğaldan sonra “qorxunc qətl, işgəncə, zorlama və deportasiya aktlarında” ittiham edib.

Moskvanın ABŞ-dakı səfiri bu iddiaları rədd edib və xanım Harrisi “Rusiyanı şeytanlaşdırmaq” cəhdində ittiham edib.

Konfransda dünya liderləri Ukraynanı uzunmüddətli dəstəkləməyə çağırıblar.