Baku

Planet

Antarktidada buz altındakı vulkanlar püskürsə, planet yaşamaq üçün yararsız hala düşəcək

Dünya alimləri xəbərdarlıq edirlər ki,əgər buzun altındakı vulkanlar püskürməyə başlayarsa, Antarktida Qiyamət Gününün səbəbkarı ola bilər.

Tədqiqatçılar qitənin buz təbəqəsi altında 100-dən çox yatmış vulkan aşkar etdikdə əsl şok yaşayıblar, çünki bu kəşf Antarktidanı Yer kürəsinin ən böyük vulkanik bölgəsinə çevirmişdir.

Bu tapıntı həm də ona görə vacibdir ki, bu vulkanların fəaliyyəti planetin qalan hissəsi üçün həlledici rol oynaya bilər.

Yer kürəsinin şirin suyunun 80 faizindən çoxu Antarktidada saxlanılır - bu buz əriyərsə, dünyanın dəniz səviyyəsini təxminən 60 metr qaldırmağa kifayət edər. Və bu, alimlərin əvvəllər qeyd etdiyi kimi, planeti yaşamaq üçün yararsız edəcək.

Bu vulkanlar hal-hazırda hərəkətsiz olsalar belə (son 10.000 ildə püskürməmişlər), gələcəkdə bunu edə bilərlər.

Dünyanın sonu hələ gəlməyib, lakin Antarktida vulkanları planetar miqyasında apokalipsisə səbəb ola bilər. Bəşəriyyət buna hazır olmalıdır!