Baku

İqtisadiyyat

Zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəyən ziyan 84 milyard dolları keçə bilər

Fevralın 6-da baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vurub.

Bu barədə Bloomberg Türkiyə Sahibkarlar Konfederasiyasının və işgüzar dairələrin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb.

Türkiyədə 30 mindən çox insanın həyatına son qoyan iki güclü zəlzələnin milli iqtisadiyyata 84 milyard dollardan çox və ya ÜDM-in təxminən 10%-i həcmində itkilərə səbəb olacağı gözlənilir.

Konfederasiyanın məlumatına görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.

Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq.

Daha 2,9 milyard dollar isə Türkiyə iqtisadiyyatına əmək itkiləri ilə başa gələcək.

Konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər təbii fəlakətin nəticələrinin yekun nəticələrini ümumiləşdirməyin tez olmasını iddia edirlər.