Bakıda "Bravo"ya məxsus hiperrmarketlərdən birində inkassatorlara silahlı basqın edilib: ölən və yaralılar var
Bu gün günorta radələrində paytaxtın Xətai rayonunda yerləşən və "Bravo"ya məxsus hiperrmarketlərdən birində baş vermiş silahlı insident nəticəsində “Unibank” ASC-nin əməkdaşı Samir Şeydayev xəsarət alıb. Onu mühafizə edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov qətlə yetirilib.
Fakta görə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi açılıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Silahlı hücumun hipermarketdə yerləşən bankomata külli miqdarda pul qoyulduğu anda baş vermişdir.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi KİV nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən rəsmi strukturlarda qeyd olunmayan məlumatları yaymamağı xahiş edir.