
Kriminal
Rusiya oliqarxlarının müəmmalı ölümləri silsiləsi davam edir: Daha bir top-menegerin cəsəti tatıldı
Rusiya mətbuatı xəbər verir ki, 1990-cı illərin sonlarında iri neft biznesmeni və Rusiyanın birinci prezidenti Boris Yeltsinin kürəkəninin ortağı Vyaçeslav Rovneyko Moskvanın Odintsovo şəhər dairəsindəki evində ölü tapılıb.
Məlumata görə, 59 yaşlı iş adamı saat 23:00 radələrində Rublevo-Uspenskoye şossesində yerləşən villasında huşsuz vəziyyətdə tapılıb. Lakin, onu xilas etmək mümkün olmayıb.
Vyaçeslav Rovneiko MGIMO-nun məzunu idi, «Союзнефтеэкспорт» şirkətində işləmiş, bir müddət isə Belçikada çalışmışdır. 2000-ci ildə Rusiya Federasiyasının keçmiş prezidenti Boris Yeltsinin qızı Tatyana Dyachenkonun əri Leonid Dyachenko ilə birlikdə “Urals Energy” şirkətini yaratmışdır, həmçinin Belçikanın neft ticarəti şirkəti olan “Nafta”nin ortaq sahibi və, eyni zamanda, Regionlararası Yanacaq İttifaqının baş direktoru olmuşdur.
Rovneykonun ölümü Rusiya neft şirkətlərinin top-menecerlərinin müəmmalı ölümlərinin sayca səkkizincisi oldu.
Ötən il avqustun 1-də “LUKOIL” şirkətinin vitse-prezidenti Ravil Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən “yıxılmışdır”.
2022-ci ilin yanvarında “Qazprom İnvest” nəqliyyat xidmətinin 60 yaşlı rəhbəri Leonid Şulmanın Leninqrad vilayətindəki elit qəsəbələrindən birində ölüsü tapıldı.
Elə həmin ilin martında Leninqrad vilayətində “Qazprom”un vahid hesablaşma mərkəzinin baş direktorunun korporativ təhlükəsizlik üzrə müavini Aleksandr Tyulyakovun meyiti tapıldı.
Aprel ayında “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin, həmçinin onun həyat yoldaşı və qızının meyitləri Moskvadakı mənzillərdən birində tapılmışdı.
Bir az sonra İspaniyada Novatek-in keçmiş top meneceri Sergey Protosenya həyat yoldaşı və qızı ilə birlikdə ölü tapıldılar.
May ayında LUKOIL-un keçmiş top meneceri Aleksandr Subbotin yerli şamanlarla görüşdən sonra Mıtişidə vəfat etdi.
İyul ayında Finlandiya körfəzi yaxınlığındakı Morskie Terrasy elit kottec qəsəbəsində "Qazprom"un Arktika müqavilələrində də çalışmış "Astra Shipping" nəqliyyat şirkətinin baş direktoru, 61 yaşlı Yuri Voronovun cəsədi tapılmışdır.