The Land of Fire

Fəlakət

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 min insana yaxınlaşır

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 689 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsinin rəisi Yunus Sezər məlumat verib.

“Qurbanların sayı artır. Hazırda ölənlərin sayı 40 689 nəfərdir. Axtarış-xilasetmə əməliyyatları dayanmır. İnsanları dağıntılar altından xilas etmək üçün hələ də ümid var”, - deyə o bildirib.

Fevralın 6-na keçən gecə Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Minlərlə ev dağılıb, çoxlu sayda vətəndaş hələ də dağıntılar altındadır. Dağıntılar üzərində axtarış işləri davam edir.