Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir

Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir

3-12-2018, 13:13
Автор: ilkin
Просмотров: 6
Комментариев: 0
Версия для печати
Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir

Daltonizm-rəng korluğu gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Problemə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə olan konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hansısa birinin və ya hər üçünün az olması, yaxud da heç olmamasıdır. Bu patoloji hala ilk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinib. Sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər ki, irsən keçən bu xəstəliyə ən çox oğlan uşaqlarında rast gəlinir. Lakin az hallarda da qız uşaqları da bu çatışmazlıqdan əziyyət çəkirlər. Əgər bu xəstəlik valideynlərdən birində varsa, bu, oğlan uşaqlarında rast gəlinməsi üçün yetərli səbəbdir. Hər iki valideynin daltonik olması qız uşaqlarında bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur, lakin əlamətləri özündə daşıyır və gələcəkdə onun oğlu bu problemlə doğula bilər. Hazırda dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir.

Daltonizm tam və qismən rəng korluğu olmaqla iki qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayan daltonizm yaş artdıqca ağırlaşır. Xəstəliyin əmələ gəlməsinin başlıca səbəbi genetikdir. Belə ki, problem X xromosomu üzərində daşınır. Lakin beyin travmaları, gözün üst təbəqəsinin zədələnməsi, uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınması da xəstəliyin yaranmasına səbəb ola bilər.

Maraqlıdır ki, daltonizmə təkcə insanlarda deyil, heyvanlarda da rast gəlinir.

Bu problemin dəqiq bir müalicəsi olmasa da, qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gətirilə bilir.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR