Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

4-12-2018, 15:57
Автор: ilkin
Просмотров: 14
Комментариев: 1
Версия для печати
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reporter.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin, həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə “ASAN xidmət” təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.

Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirdi.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Комментарии (1)
Пользователь offline Офлайн Izzz 8 dekabr 2018 11:35
Очень интересно, правда angry

ТТК личный кабинет

Все равно это никто не прочтет wink

Ресторан Бузфуд

Вот это тоже оставлю what what

интернет магазин Беру ру
Цитировать          1
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR