Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb

Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb

3-12-2018, 12:27
Автор: ilkin
Просмотров: 4
Комментариев: 0
Версия для печати
Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb

Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Reporter.az-a verilən məlumata görə, 2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır.

İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.

Nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilir. 2018-ci ilin 11 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub. Dövlət Məşğulluq Xidməti və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib. Digərlərinin də mal və materiallarla təminatı davam edir.

Milli qanunvericiliyin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 may 2018-ci il tarixdə 8 fəsil və 40 maddədən ibarət “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun təsdiq edilib. Qanunda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, Fərdi Reabilitasiya Proqramı, infrastruktur obyektlərinin və iş yerlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və s. məsələlər üzrə maddələr əksini tapıb.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR