Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » Şəhid polislər dəfn olundu - Yenilənib

Şəhid polislər dəfn olundu - Yenilənib

11-07-2018, 14:08
Автор: ilkin
Просмотров: 41
Комментариев: 0
Версия для печати
Şəhid polislər dəfn olundu - Yenilənib

Gəncədə bir qrup şəxsin qanunsuz hərəkətlərinin qarşısını alarkən xidməti vəzifələrini yerinə yetirən zaman radikal ünsürlərin kəsici-deşici alətləri ilə qətlə yetirilən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovla vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin binasının qarşısında keçirilən vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər. Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib, onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.


Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR