Регистрация Войти
Вход на сайт
Качественные бесплатные шаблоны dle скачать с сайта
Реклама
» » Bakıda axtarışda olan narkotacir tutulub

Bakıda axtarışda olan narkotacir tutulub

15-05-2018, 15:46
Автор: ilkin
Просмотров: 146
Комментариев: 0
Версия для печати
Bakıda axtarışda olan narkotacir tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz alqı-satqısını həyata keçirən şəxslərə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DİN-in mətbuat xidmətindən Reporter.az-a verilən xəbərə görə, bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Belə ki, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəlləri ilə axtarışda olan Balaxanı qəsəbə sakini Əhməd Əliyev tutulub.

Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 10,135 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Ə.Əliyev paytaxt və Sabunçu rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınır və o, istintaqa ifadəsində bu əməlini etiraf edib. Həmçinin Ə.Əliyev Sabunçu polisinin bir neçə ay ərzində rayon ərzisində narkotacirlərə qarşı keçirdiyi silsilə əməliyyatlar zamanı saxlanılan şəxsləri də onların satışını həyata keçirmələri üçün narkotik vasitələrlə təmin edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Reporter.az
Рейтинг статьи:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Оставить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Текст комментария:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Код: yenilə, əgər kod görünmürsə
Введите код:
Prezident ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib) Bakıda polislər gənc ailəni ölümdən qurtardı - FOTOLAR Qusarda namus cinayəti: arvadına mesaj yazan kişini güllələdi - ŞOK Əhəd Abıyev qəzaya düşdü DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR) Şəkidə evdən ər və arvadın meyiti tapılıb Gəncə hadisələri ilə bağlı 22 şəxs məhkəmə məsuliyyətinə verildi DİN: Qadının başının qırxılması ilə bağlı araşdırma aparılır “İsgəndər” bütün parametrlərdə “Polonez”ə uduzur - General Rusiyada azərbaycanlılar arasında atışma - Ölən var Nazirlik vergi güzəştlərini açıqladı 11 ayda 1253 yol qəzası: 631 ölü, 1982 yaralı Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir Sabah intensiv yağış yağacaq Bakıda maşın “KamAZ”la toqquşdu: 4 ölü Azərbaycanda əlil şəxslərin sayı açıqlanıb 100-dən çox şəxsin hesabından 85 min oğurlayan haker tutuldu Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satır Mahmudovun istintaqa ifadəsi yayıldı Bu il 547 nəfər QİÇS-ə yoluxub Məmmədyarov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək "ARB Kəpəz" qeyri-etik görüntüləri yayılan aparıcını işdən çıxarıb Azərbaycan Ədliyyəsinin 100 illiyi Qanunsuz dərman satan vəzifəli şəxslər məsuliyyətə cəlb olundu Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR